"Barselona" heyətini gücləndirib.
Newsport.az-ın məlumatına görə, kataloniyalılar "Valensiya"nın müdafiəçisi Ceyson Murilyonu icarəyə götürüb. Müqavilənin müddəti mövsümün sonuna kimi nəzərdə tutulub. Bunun üçün "Barselona" 2 milyon avrosundan keçib. "Barselona" 25 milyon avro ödəyərək, Kolumbiya millisinin üzvünü mövsümün sonunda ala bilər.
Qeyd edək ki, 26 yaşlı futbolçu "Udineze", "Qranada", "Kadis", "Las Palmas" və "İnter" klublarında da çıxış edib.