"Beşiktaş"da ayrılıq baş verib.
Newsport.az-ın məlumatına görə, İstanbul klubu müdafiəçisi Pepe ilə yolları ayırıb. Bu barədə klub saytı məlumat yayıb. Portuqaliyalı futbolçu ilə mövsümün sonunda başa çatacaq müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. 35 yaşlı oyunçuya 100 min 700 avro təzminat ödəniləcək.
Qeyd edək ki, Pepe ötən yay "Beşiktaş"a keçmişdi. O, "qara qartallar"ın heyətində 52 matçda 7 qol vurub.