"Qızıl top"un qalibi bəlli oldu

"France Football" jurnalı tərəfindən 2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək "qızıl top" mükafatının sahibi məlum olub.

Newsport.az-ın məlumatına görə, mükafatın təqdimatı Fransanın paytaxtı Parisdə keçirilib. "Real"ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç qalib adına layiq görülüb.

33 yaşlı yarımmüdafiəçi ilk dəfə bu mükafata sahib çıxıb. Kriştiano Ronaldo 2-ci, Antuan Qrizmann 3-cü olub.

Qeyd edək ki, Modriç FIFA-nın təsis etdiyi "The Best" mükafatını da qazanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right