“Bir həftəyə yaxındır buradayam. Çox dinamik və istəkli bir komanda gördüm".
Newsport.az-ın məlumatına görə, bu sözləri Türkiyənin "Boluspor" klubu ilə müqaqvilə imzlayan Azərbaycan millisinin üzvü Ufub Budak deyib.
Cinah müdafiəçisi yeni klubundan danışıb, çempionata yüksək ab-havada başlamaq istədiklərini bildirib: "Boluspor"da çox yaxşı dostluq mühiti var. Bu həftə ilk matçımızı oynayacağıq. Yaxşı başlayıb, məqdədimizə nail olmaq istəyirik”.
Ufuk Budak "Boluspor"la iki illik sözləşmə imzalayıb.
Qeyd edək ki, ötən mövsüm Türkiyənin “Samsunspor” komandasının formasını geyinən Budak, karyerası ərzində “Manisaspor”, “Kayserispor” və “Qaziantep BB” klublarında da çıxış edib.