"Qəbələ"nin futbolçusu Türkiyə BAL Liqasında

Ötən mövsümün ilk yarısını "Sumqayıt"da, ikinci hissəsini isə icarə əsasında "Xəzər"də keçirən "Qəbələ"nin hücumçusu Ramil Hasanov karyerasını Türkiyədə davam etdirəcək. 

Newsport.az-ın məlumatına görə, 22 yaşlı hücumçu BAL Liqasında çıxış edən "1074 Cankırıspor" klubuna keçib. Ramil Türkiyə klubu ilə 1 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, gənc futbolçu Ukraynanın "Tavriya" klubunun yetirməsidir. O, vaxtıyla 21 yaşadək futbolçulardan ibarət milli komandamıza dəvət alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right