“Beşiktaş”da yeni müqavilə qeydə alınıb.
Newsport.az-ın məlumatına görə, İstanbul klubu kanadalı futbolçusu Atiba Hatçinsonla başa çatan müqaviləni uzadıb. 35 yaşlı futbolçu ilə 1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi 2013-cü ildə PSV-dən "Beşiktaş"a keçmişdi.