"Beşiktaş" hücumçusunu qapıçı ilə dəyişir

“Beşiktaş”ın hücumçusu Vaqner Lav karyerasını Superliqanın başqa klubunda davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, “Bursaspor” braziliyalı forvard üçün “qara qartallar”a təklif göndərib. 34 yaşlı braziliyalını satmağın əleyhinə olmadığını deyən rəhbərlik əvəzində qarşı tərəfdən qapıçı Harun Təkini istəyib. “Bursaspor”un bu təklifə necə cavab verəcəyi isə hələlik bilinmir.

Qeyd edək ki, “Beşiktaş” bir neçə gün öncə “Fulhem”ə satdığı Fabrinin boşluğunu məhz Türkiyə millisinin qapıçısı ilə doldurmaq istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right