"Milan" "Çelsi"nin futbolçusundan imtina etdi

"Çelsi" Alvaro Moratanı transfer etmək istəyən "Milan"a şərtlərini irəli sürüb.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi ispaniyalı hücumçunun keçidi üçün "qırmızı-qaralar"dan 70 milyon avro tələb edib. Lakin "Milan"ın idman direktoru Leonardo danışıqlar zamanı məbləğin çox olduğunu bildirib və geri çəkilib.

"Milan" hücum xəttinə "Yuventus"dan Qonsalo İquain və "Monako"dan Radamel Falkaonu transfer etməyə çalışacaq.

Qeyd edək ki, Morata ötən mövsüm "Real"dan 65 milyon avroya "Çelsi"yə keçib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right