Çili millisinin üzvü "Beşiktaş"da

“Beşiktaş” heyətinə yeni futbolçu cəlb edir.

Newsport.az-ın məlumatına görə, Superliqa təmsilçisi Meksikanın “Krus Asul” klubunda çıxış edən Enzo Rokonu heyətinə qatacaq. Çilili müdafiəçi artıq tibbi müayinədən keçmək üçün ötən gecə İstanbula gedib.

Tərəflər arasında 4 illik müqavilə imzalanacağı gözlənilir. 

Qeyd edək ki, Enzo 2016-cı ildən “Krus Asul”da çıxış edirdi. O, Çili yığmasında 19 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right