"Fənərbaxça" AFFA-nın milliləşdirmək istədiyi futbolçu üçün hərəkətə keçdi

"Fənərbaxça"nın transfer etmək istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, İstanbul nəhəngi"Feyenoord"un 17 yaşlı yarımmüdafiəçisi Orkun Kökçünü transfer hədəfinə alıb. Kökcünün transferi üçün Rotterdam klubu ilə danışıqlar aparılır. Kökcü ilə "Beşiktaş"ın da maraqlandığı bildirilir.

Qeyd edək ki, Orkun Kökçü 21 yaşlılardan ibarət Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün qardaşıdır. Ozan "Bursaspor"da çıxış edir.

AFFA bir müddət öncə istedadlı futbolçunu milliləşdirmək üçün addın atıb, lakin Orkun Hollandiya millisini seçməyi üstün tutub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right