"Şeydayev Burak Yılmaz və Rodalleqa ilə mübarizə apara bilməz"

Türkiyənin "Trabzonspor" klubu Sloveniyadakı təlim-məşq toplanışını yekunlaşdıırıb.

Newsport.az-ın məlumatına görə, Türkiyə mətbuatı "bordo-mavililər"in hər bir futbolçusu ilə bağlı qiymət verib. Millimizin üzvü Ramil Şeydayevlə bağlı həmkarlarımız bu cür qeyd ediblər: "Şeydayevin "Mattersburq"a transferi baş tutmadığı üçün toplanışa qoşuldu. İlk günlər onun üçün çox çətin keçsə də, yavaş-yavaş uyğunlaşdı. O, toplanışı yaxşı başa vurdu. Lakin Şeydayev hücum xəttində əsas heyət oyunçusu olmaq üçün Burak Yılmaz və Uqo Rodalleqa ilə mübarizə apara bilməz".

Qeyd edək ki, 22 yaşlı hücumçunun "Trabzonspor"la 2020-ci ilə kimi müqaviləsi var.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right