"Barselona" klubunun təcrübəli futbolçusu Andreas İniyesta yerli mətbuata açıqlamasında yeni mövsüm haqda maraqlı fikirlər bildirib.
Newsport.az saytını verdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi yeni sezonda bütün kubokları qazanacaqlarına inanır:
"Yeni transferlərə komandamız daha da güclənib. Çalışıb hər ay formamızı daha da yaçşılaşdıracağıq. Bu sezon da çox ciddiyik. Yeni transferlərin səbirləri yoxdur. Futbolçular belə bir klubda tezliklə uğur qazanmaq istərlər, ancaq səbr etmək lazımdı".
Yeni transferlər haqda fikir bildirən İniyesta komanda yoldaşı Luiz Suarezın kluba tezliklə öyrəşəcəyini bildirib:
"Bəzən yeni kluba getdikdə işlər bir o qədər də qaydasında getmir, amma bizim çox yaxşı dost olduğumuzu fikirləşirəm. Məncə Suarez kluba tezliklə öyrəşəcək. Çünki, ona təcrübəsi və uğurları kömək edir. Messi və Neymar ilə çox yaxşı üçlük olacaqlar."