Türkiyənin "Bursaspor" klubu 28 yaşlı konqolu hücumçusu Con Delarjı Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ"a satıb.
Newsport.az-ın məlumatına görə, "yaşıl timsahlar" Delarjı əvəzləyəcək hücumçunu tapıb. Super Liqa klubu Çinin "Şandonq Lunenq" klubunda çıxış edən Papiss Demba Sisse ilə anlaşmaq üzrədir. Seneqal millisinin sabiq üzvü ilə danışıqların son mərhələsi də uğurla başa çatsa, onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, 33 yaşlı forvard "Mets", "Frayburq" və "Nyukasl" kimi klublarda çıxış edib.