Ramil Şeydayev nigeriyalı forvardın yolunda "qurban" olacaq?

Türkiyənin "Trabzonspor" klubu hücumçü axtarışlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, Qara dəniz təmsilçisi ötən mövsüm Super Liqanı tərk edən "Osmanlıspor"dan Aminu Umarı üçün təklif göndərib. I Liqa klubu Nigeriya millisinin üzvü üçün "bordo-mavililər"dən pul və millimizin hücumçusu Ramil Şeydayevi istəyiblər. "Trabzonspor" "Osmanlıspor"un bu təklifini götür-qoy edir. Aminu üçün israrlı olan "Trabzonspor" Şeydayevi bu transferdə fəda edə bilər.

Bundan əlavə, "Trabzonspor" Ankara klubunun forvardını 3 milyon avro qarşılığında da transfer etməyi düşünür. Bu məsələyə yaxın günlərdə tam aydınlıq gələcək.

Qeyd edək ki, 23 yaşlı Umar "Osmanlıspor"da 2015-ci ildən çıxış edir. O, 2013/14 mövsümünü "Samsunspor"da keçirib. Ramil Şeydayevin isə "Trabzonspor"la müqaviləsi 2020-ci ilə qədərdir. 22 yaşlı forvard ötən mövsümü "Qarabağ"da icarə əsasında keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right