Newsport.az-ın məlumatına görə, cinah müdafiəçisi karyerasını Belarusda davam etdirəcək. O, Minskin “Dinamo” klubu ilə münasibətlərini rəsmiləşdirib. Navalovski yeni klubunda “88” nömrəli forma altında çıxış edəcək.
32 yaşlı futbolçu son olaraq Rusiyanın “OİK-Xabarovsk” klubunda çıxış edib və 22 matçda iştirak edib. O, “İnter”in heyətində Azərbaycan çempionu olub.
Qeyd edək ki, dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona “Dinamo”da çalışır.