Son Türkiyə çempionu "Qalatasaray" aparıcı futbolçularından olan Bafetimbi Qomis ilə yollarını ayıra bilər.
Newsport.az-ın məlumatına görə, fransalı hücumçunu Səudiyə Ərəbistanının "Əl Hilal" klubu transfer etmək istəyir. "Cim bom" 32 yaşlı forvard üçün 20 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.
UEFA-nın verdiyi cəzaya görə heyətə yeni futbolçu cəlb etmək üçün oyunçu satmaq məcburiyyətində olan "sarı-qırmızılar" Qomisin transferinə müsbət yanaşır.
Qeyd edək ki, Bafetimbi Qomis "Qalatasaray"a ötən mövsümün əvvəlində "Marsel"dən gəlib. O, 29 qolla Türkiyə Super Liqasının bombardiri olub.