Bu gün DÇ-2018-in bürünc mükafatçısı müəyyənləşib.
Newsport.az xəbər verir ki, üçüncülük uğrunda Belçika və İngiltərə milliləri üz-üzə gəlib. Qarşılaşmada 2:0 hesabı ilə qələbə qazanan Belçika yığması 3-cü yerin sahibi olub.
Xatırladaq ki, sabah keçiriləcək final oyununda Fransa və Xorvatiya milliləri üz-üzə gələcək.
Dünya çempionatı
3-cü yer uğrunda oyun
Belçika – İngiltərə - 2:0
Qollar: Tomas Münye, 4, Eden Hazard, 82
Baş hakim: Alireza Faqani (İran)
Sankt-Peterburq. Şəhər stadionu