Dünya çempionatında ilk finalçının adı məlum olub.
Newsport.az-ın məlumatına görə, həlledici oyuna vəsiqə üçün ilk olaraq, Fransa və Belçika milliləri mübarizə aparıblar. Qarşılaşmada 1:0 hesabı ilə ilə qalib gələn fransızlar finala yüksəliblər.
Bu, "xoruzlar"ın son 20 ildə 3-cü mundial finalı olacaq. Belçika isə 3-cü yer uğrunda mübarizə aparacaq.
Digər finalçı isə İngiltərə - Xorvatiya matçından sonra bəlli olacaq.
10 iyul
DÇ-2018
Yarımfinal
Fransa - Belçika - 1:0
Qol: Umtiti, 51