Dünya çempionatının 1/8 finalında Fransaya 3:4 hesablı məğlubiyyətlə turnirlə vidalaşan Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli istefaya göndərilib.
Newsport.az-ın məlumatına görə, Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi 58 yaşlı mütəxəssisi istefası barədə məlumatlandırıb.
Xorxe Sampaoli ilə 2017-ci ildə bağlanılmış müqavilə 5 ilədək nəzərdə tutulmuşdu.