Newsport.az-ın məlumatına görə, "sarı-lacivərdlilər"i hollandiyalı mütəxəssis Fillip Koku çalışdıracaq. Hollandiyalı çalışdırıcı bu gün PSV ilə vidalaşacaq və "Fənərbaxça" ilə müqavilə imzalamaq üçün İstanbula yola düşəcək. Müqavilənin şərtləri isə açıqlanmayıb.
Qeyd edək ki, 47 yaşlı Koku 2013-cü ildən PSV-nin "sükanı arxası"nda idi.