"Liverpul"dan ayrılan Türkiyə əsilli almaniyalı ulduz Əmrə Canın yeni klubu rəsmən müəyyənləşib.
Newsport.az xəbər verir ki, 24 yaşlı futbolçu "Yuventus"a azad agent statusu ilə transfer olub. Əmrə Turin klubu ilə 4 illik müqavilə bağlayıb. Onun illik maaşı 5 milyon avro olacaq.
Qeyd edək ki, Almaniya millisinin üzvü 2014-cü ildə "Bayer"dən (Leverkuzen) "Liverpul"a 12 milyon avroya transfer olmuşdu.