“Biz həmişə meydana qələbə üçün çıxırıq. Buna görə nəticədən məyusuq.Biz qələbəyə köklənmişdik. Ancaq rəqibin çox yaxşı təşkilatlanmış müdafiə xətti var. Qol imkanlarından istifadə edə bilmədik. İlk oyunumuz idi. Bundan dərs çıxaracağıq. Güclü olmalıyıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli DÇ-2018-in qrup mərhələsinin ilk turunda İslandiya ilə bərabərə qaldıqları oyunu (1:1) şərh edərkən deyib.
"Hər yeni matç əvvəlkindən fərqlənir. Buraxılan qolu təhlil etməliyik. Rəqibləri hücumumuzla təəccübləndirməliyik. Çox çətin qrupumuz var" - deyə o bildirib.
X.Sampaoli Lionel Messinin düzgün yerinə yetirə bilmədiyi penalti haqda da danışıb: "Penalti həmişə qol şansdır. Lakin biz istifadə edə bilmədik. Lionel Messinin oyununu dəyərləndirmək üçün vaxt lazımdır. İslandiya müdafiədə oynayıb, hər futbolçumuzu bağlamışdır. Amma Messi həmişə qalib gəlmək istəyir”.