Sabiq "Xəzər Lənkəran"lı "Antalyaspor"da

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Con Toşakın yeni iş yeri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, uelsli mütəxəssis Türkiyədə çalışacaq. Toşak Super Liqa təmsilçisi "Antalyaspor"la anlaşıb. Məlumatı "TRT Spor" yayıb. 

Qeyd edək ki, Con Toşak "Xəzər Lənkəran"da 2013-cü il martın 9-dan noyabrın 22-dək çalışıb. 69 yaşlı mütəxəssisin son iş yeri Mərakeşin "Vidad" komandası olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right