"Beşiktaş"ın futbolçusu Rikardo Kuarejça İstanbul klubundan ayrılır.
Newsport.az-ın məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi bu barədə sosial şəbəkədə paylaşım edib.
O, "Beşiktaş"a hər şey üçün təşəkkür" yazaraq ayrılıq mesajını verib. Portuqaliya millisinin üzvü böyük ehtimalla Qətərin "Əl-Əhli" klubuna keçəcək.
Qeyd edək ki, 2010-2012-ci illərdə "Beşiktaş"ın şərəfini qorumuş 34 yaşlı futbolçu 2015-ci ildən "qara qartallar"da çıxış edir.