Super Liqada daha bir baş məşqçi istefası "Antalyaspor"da

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.

Newsport.az-ın məlumatına görə, “Antalyaspor” baş məşqçisi Hamza Hamzaoğlu ilə yolları qarşılıqlı razılaşma əsasında ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssis qış fasiləsindən Antalya təmsilçisini çalışdırırdı. Antalya təmsilçisi onun rəhbərliyi altında mövsümü 38 xalla 14-cü pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right