"Mikel Arteta doğru seçimdir" - Arsen Venger

Uzun illərdən sonra "Arsenal"dan ayrılan Arsen Venger açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 22 il sonra "topçular"ı tərk edən mütəxəssis onun əvəzinə posta Mikel Artetanın gətiriləcəyilə bağlı dolaşan şayiələrə münasibət bildirib. Fransalı çalışdırıcı Aretatnı doğru seçim adlandırıb: "Arteta bu iş üçün lazım olan potensial var. Məncə, bu iş üçün ən layiqli namizədlərdən biridir. Futbolçu olduğu zamanlarda lider olub. Arteta "Arsenal"a bələd adamdır və komandada kapitan olub. Klub məndən məsləhət istəməyib. Kimi seçsələr, dəstəkləyəcəm".

Qeyd edək ki, Arteta 2011-ci ildə "Arsenal"a transfer olmuşdu və karyerasını məhz London təmsilçisində başa vurmuşdu. İspan mütəxəssis hazırda "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiolanın köməkçisidir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right