Braziliya millisinin və PSJ-nin müdafiəçisi Dani Alveş DÇ-2018-i buraxa bilər.
Newsport.az xəbər verir ki, Dani Fransa kubokunun finalında "Le-Erbe" ilə görüş zamanı (2:0) zədə alıb. Fransa mətbuatının iddiasına görə, 35 yaşlı futbolçunun zədəsi ciddidir və o, mundialı buraxa bilər.
Qeyd edək ki, D.Alveş bu mövsüm 45 matçda 5 qol vurub.