Arda hakimi itələdi, meydandan qovuldu

“Başakşəhər”in futbolçusu Arda Turan Türkiyə Superliqasının 32-ci turunda “Sivasspor”la oyunda (1:1) meydandan qovulub.

Newsport.az-ın məlumatına görə, matçın 90+4-cü dəqiqəsində “Başakşəhər”in hücumu zamanı rəqib futbolçusu Arda Turanı yıxıb.

Yan xətt hakiminin qayda pozuntusunu qeydə almaması Ardanı özündən çıxarıb. O, laysmana üzərinə hücum edərək onu itələyib. Görüşün baş hakimi isə dərhal ona qırmızı vərəqə göstərərək meydandan qovub.

Qeyd edək ki, müqavilə ilə “Barselona”ya məxsus olan yarımmüdafiəçinin bu hərəkətinə görə cəzalanacağı gözlənilir.






Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right