Mövsümün sonunda “Arsenal”dan ayrılacaq Arsen Vengerin adı bir çox klublarla hallanmaqda davam edir.
Newsport.az-ın məlumatına görə, fransız mütəxəssis təklif aldığı PSJ-ni rədd edib. Paris klubu ona baş direktor vəzifəsi təklif edib, lakin Venger məşqçilik fəaliyyətini davam etdirmək istədiyi üçün paytaxt klubundan imtina edib.
Xatırladaq ki, Venger 1996-cı ildən “Arsenal”ı çalışdırır. O, "topçular"da 3 dəfə Premyer Liqa, 7 dəfə Federasiya kuboku və 7 dəfə də super kuboku qazanıb.