Simeone: "Real Madrid"in xərclədiyi 95 milyon avroyla..." AÇIQLAMA

"Atletico Madrid"in argentinalı baş məşqçisi Dieqo Simeone "Real Madrid"lə keçiriləcək İspaniya Superkubok matçı öncəsi açıqlamarla yadda qalıb. 

Newsport.az saytının İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 44 yaşlı məşqçi açıqlamasında bir daha əzəli rəqibləri "Real"la aralarındakı böyük büdcə fərqinə toxunub:

"Biz bu yay 95 milyon avroya 7-8 oyunçu, "Real" isə həmin qiymətə cəmi iki oyunçu alıb. "Real Madrid" etdiyi transferlərlə daha da güclənib. Qaret Beyl də yaxşı formadadır. Hazırkı "Real" ötən mövsümdəkindən daha güclüdür. Ancaq buna baxmayaraq, biz öz oyunumuzu oynamağa davam edəcəyik. Qapını Anxel Moye qoruyacaq. Yan Oblak komandaya yeni qoşulduğu üçün ona bu matçda şans verməyəcəm. Yaxşı oynayan futbolçular əsas heyətdə daha çox yer alacaq".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right