Uzun müddətdi zədədən əziyyət çəkən PSJ-nin hücumçusu Neymar yaşıl meydana qayıdacağı vaxtı açıqlayıb.
Newsport.az xəbər verir ki, braziliyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında müalicəsinin yaxşı getdiyini, bir aya yaşıl meydanlara qayıdacağını bildirib:
“Zədəm yaxşıya doğru gedir. Bir ay sonra sağalacam”.
Xatırladaq ki, Neymar Liqa 1-in bu il fevralın 25-də keçirilmiş “Marsel”lə ev oyununda (3:0) zədələnmişdi.