Cengiz Ündərin geri dönəcəyi tarix açıqlandı

Zədə səbəbindən son iki matçda "Roma"ya kömək etməyən Cengiz Ündərin geri dönəcəyi tarix bəlli olub.

Newsport.az-ın məlumatına görə, 20 yaşlı vinger "Latsio" ilə matçda yaşıl meydanlara geri dönəcək. Həmin görüş aprelin 15-də baş tutacaq. Gənc ulduz Seriyada A-da "Fiorentina" və ÇL-də "Barselona" ilə görüşləri buraxmalı olacaq.

Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm 24 oyuna (1152 dəqiqə) 6 qol və 1 assistlik performans sərgiləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right