“Beşiktaş” hücumçusunu itirdi - 2 həftə oynamayacaq

"Beşiktaş”ın hücumçusu Vaqner Lav sıradan çıxıb.

Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu məşq zamanı sağ ayağından zədə alıb.

Müayinə nəticəsində onun əzələsində yırtıq aşkarlanıb. Bu üzdən də təcrübəli forvardın azı 2 həftə oynamayacağı müəyyənləşib.

Lav, Super Liqa çərçivəsində keçiriləcək “Göztəpə” və “Akhisarspor”la oyunlarda, eləcə də Türkiyə kubokunun “Fənərbaxça” ilə derbi görüşündə komandasına kömək edə bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right