PSJ-nin prezidenti Naser Əl Xəlaifi son zamanlar dolaşan mövsümün sonunda Unai Emerinin istefaya göndəriləcəyi xəbərlərinə aydınlıq gətirib.
Newsport.az xəbər verir ki, klub prezidenti onun heç bi yerə getməyəcəyini bildirərək baş məşqçiyə dəstək olub:
"Unai bizim məşqçimizdir. Biz də onu dəstəkləyirik. Hər gün mətbuatda onun istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yazılır. Biz onunla davam etmək istəyirik".
Qeyd edək ki, bir müddət əvvəl komandanın yeni baş məşqçisinin Tomas Tuxel olacağı söylənilirdi.