Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 29-cu turun oyunları baş tutub.
Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın çıxış etdiyi “Samsunspor” səfərdə “Adanaspor”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Ufuk bu görüşün iştirakçısı olmayıb. Ufuk zədəli olduğu üçün millimizin son toplanışına da qatılmayan futbolçu hazırda müalicə alır.
Qeyd edək ki, “Samsunspor” hazırda 33 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.