Cengiz Ünder "Barselona"ya qarşı oynamayacaq

Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə qarşılaşacaq "Roma" əsas heyət üzvlərindən olan Çengiz Ünderin xidmətindən yararlana bilməyəcək.

Newsport.az-ın məlumatına görə, buna səbəb Türkiyə millisinin üzvünün zədəli olmasıdı. Bu səbəbdən 21 yaşlı yarımmüdafiəçinin adı Kataloniya təmsilçisi ilə matçın heyətinə daxil edilməyib.

Zədələrini sağaldan Radja Nainqqolan və Lorenso Pelleqrini isə "Barselona" ilə oyunda paytaxt təmsilçisinə kömək edəcək.

Qeyd edək ki, "Barselona" - "Roma" qarşılaşması 4 aprel tarixində Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right