“Traktor Sazi” məğlub oldu

İran çempionatında 26-cı turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Təbrizin “Traktor Sazi” klubu səfərdə “Zobahan” ilə qarşılaşıb. Qarşılaşma türkiyəli Ərtoğrul Sağlamın çalışdırdığı təbrizlilərin məğlubiyyəti ilə başa çatıb - 0:3.

Bir gün öncə Cənubi Azərbaycanın digər təmsilçisi “Göstəriş” də doğma meydanda “Sanat Naft”la heç-heçəyə razılaşmışdı – 0:0.

“Göstəriş” hazırda 31 xalla 16 klub arasında 9-cu, “Traktor Sazi” isə 29 xalla 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right