Futbol üzrə Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Yeni Malatyaspor”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb - 1:4.
Dəniz bu oyunun iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 27 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.