Cenk Tosun "Mançhester Siti"yə qarşı

İngiltərə Premyer Liqasının 32-ci turunda “Everton” doğma meydanda lider “Mançhester Siti”ni qəbul edəcək.

Newsport.az xəbər verir ki, bu qarşılaşmada son zamanlar özünü yaxşı tərəfdən göstərərək, liverpulluların qol silahına çevrilən türkiyəli futbolçu Cenk Tosunun da forma geyinəcəyi gözlənilir. Klubun baş məşqçisi Sam Ellardays jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Cenk bu matçda onların əsas fiquru olacaq.

Qeyd edək ki, “Everton” - “Mançhester Siti” matçı 31 mart Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right