"Çalışacağıq ki, onun keçidindən klubumuz da xeyir götürsün”

“Galatasaray”ın yeni prezidenti Mustafa Cengiz son zamanlar adı transfer məsələlərində hallanan hollandiyalı futbolçu Garri Rodrigez haqda danışıb.

Newsport.az xəbər verir ki, Türkiyənin televiziya kanallarından birinə müsahibə verən prezident, sərfəli təklif olmadığı təqdirdə, Rodrigezi satmaq fikirlərinin olmadığını bildirib:

“Garri Rodigezə təkliflər çoxdur. Lakin bizə sərf edəcək məbləğ olmadığı müddətdə onu satmaq fikirimiz yoxdur. Liqada adını bilmədiyimiz, ancaq yüksək qiymətə oynayan bir çox futbolçular var. Çalışacağıq ki, onun keçidindən klubumuz da xeyir götürsün”.

Qeyd edək ki, Rodrigez 2017-ci ildən “aslanlar”ın şərəfini qoruyur.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right