“Milan”da çıxış edən türkiyəli futbolçu Hakan Çalhanoğlu maraqlı açıqlamalırı ilə yenidən diqqət mərkəəzinə düşüb.
Newsport.az xəbər verir ki, İtaliyada məşhur nəşirlərdən birinə müsahibə verən 23 yaşlı yarımmüdafiəçi, UEFA Avropa Liqasında İngiltərənin “Arsenal” klubuna məğlub olmaları haqda yenidən maraqlı açıqlamar verib. Oyundan sonra “Matçın qəhramanı hakim oldu” deyərək gündəmə gələn hakan bu dəfə, sözlərinə bunları da əlavə edib:
“Arsenal” matçından öyrəndiyim ən önəmli hadisə, bir hakimin oyunun istiqamətini necə dəyişdirməsi oldu”.
Almaniyada doğulmağına baxmayaraq Türkiyə millisində çıxış etməsi haqda da danışan futbolçu bildirib ki, “bu, asan verilən bir qərar olmadı. Almaniyaya borcluyam. Çünki, burada dünyaya göz açmışam və burada böyümüşəm, ancaq, Türkiyə mənim və ailəmin evidir”.
Qeyd edək ki, Çalhanoğlu 2017-ci ildən “Milan”ın şərəfini qoruyur.