"Tudorla problemləri kənara ata bilmədik"

"Qalatasaray"ın 2016-cı ildə "Los-Anceles-Qalaksi"dən transfer etdiyi Naycel De Yonq baş məşqçi Yan Olde Riekerinkin dönəmində komandanın əsas simalarından biri idi. Lakin Riekerinkin gedişindən sonra İqor Tudorun baş məşqçi postuna keçməsilə De Yonq formaya həsrət qalmışdı.

Newsport.az xəbər verir ki, qış fasiləsində Almaniya Bundesliqasında mübarizə aparan "Maynts"a transfer olan hollandiyalı yarımmüdafiəçi "Qalatasaray"dakı günləri haqda danışıb. Ölkəsinin mətbuatına danışan 33 yaşlı futbolçu xorvatiyalı mütəxəssis İqor Tudorla problemlərinin olduğunu etiraf edib:

"Snyederlə mən nədənsə razı qalmasaq, onu açıq şəkildə söyləyən insanlarıq. Tudorla problemlərimiz yaşandı. Yan Olde Riekerinkin dövründə əsas heyət üzvü idik, lakin Tudorla problemləri kənara ata bilmədik. İndi Tudor "Qalatasaray"da yoxdur, mən isə Almaniyada xoşbəxtəm. Almaniyada əsl futbol atmosferi var".

Qeyd edək ki, İqor Tudorun istefasından sonra "Qalatasaray"ın baş məşqçisi Fatih Terim təyin edilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right