"Avropa futbolu Türkiyədəkindən çox fərqlidir"

Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku komandanın son durumu və gənc futbolçular haqda danışıb.

Newsport.az xəbər verir ki, 72 yaşlı ruminiyalı mütəxəssis millinin son zamanlar istədiyi səviyyədə olmadığını və gənc futbolçuların yetişmələri üçün Avropada çıxış etmələrinin önəmli olduğunu bildirib:

“Yığmanın istədiyimiz kimi formalaşması üçün əlimizdən gələni edirik.  Gənc futbolçuların yetişməsinin millinin işinə çox yarayacağını düşünürəm. Avropada oynamaq çox fərqli bir amildir. Oradakı futbol fəlsəfəsi və texnikası Türkiyədəkinə nisbətən fərqlidir. Avropada özünüzü daha da inkişaf etdirmək imkanlarınız çoxdur”.

Qeyd edək ki, Luçesku 2017-ci ildən Türkiyə yığmasını çalışdırır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right