"Fənərbağça"nın sabiq futbolçusu Aleks de Souza "Neftçi"nin qatıldığı İzmir şəhərində təşkil olunacaq "U-12 İzmir Cup"da iştirak edəcək.
Newsport.az-ın məlumatına görə, braziliyalı sabiq futbolçu beynəlxalq turnirdə topa ilk toxunuşu endirəcək.
Turnir aprelin 6-8-də Türkiyənin "Altınordu" klubunun İsmet Orhunbilge idman kompleksində keçiriləcək.
21 ölkədən 56 komandanın iştirak edəcəyi turnirdə "Neftçi”nin B qrupundakı rəqibləri "Atletik” (İspaniya), "Sampdoriya” (İtaliya), "Fənərbaxça” (Türkiyə), "Bucaspor” (Türkiyə) və "Brommapoykarna” (İsveç) klublarıdır.