“Fənarbaxça” yayda heyətini bir neçə futbolçu ilə gücləndirməyi düşünür.
Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Sarı lacivərlər”in baş məşqçisi Aykut Kocamanın transfer siyahısında dörd futbolçunun adı yer alır. Bunlar “Arsenal”ın futbolçusu Cek Uilşir, “Mançhester Yunayted”in 22 yaşlı yarımmüdafiəçisi Lyuk Şou, Rusiyanın “Krosnodar” klubunda forma geyən hücumçu Fedor Smolov və “Fiorentina”nın xorvatiyalı yarımmüdafiəçisi Milan Badelidir.
İstanbul təmsilçisi yayda bu oyunçuları heyətinə qatmaq üçün artıq danışıqlara da başlayıb.
Qeyd edək ki, “Fənərbaxça” klubu mövsümün sonunda bir neçə oyunçusu ilə də yollarını ayırmağı planlaşdırır.