Millimizin üzvü ayağa qalxdı

Türkiyə I Liqasında çıxış edən “Samsunspor”un və millimizin futbolçusu Ufuk Budak zədəsini sağaldıb.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə futbolçunun bu gün komandası ilə məşqə çıxdığı qeyd edilib.

Almaniyada müalicə alan futbolçu artıq tam sağalıb. Budakla yanaşı, Conatan Ayite və Məhəmməd Bəşir də zədəsini sağaldıb.

Xatırladaq ki, 27 yaşlı futbolçu bu ayın 11-də, birinci liqanın “Qaziantepspor”la səfər oyununda zədələnmişdi.

Ufuk millimizin Belarus və Makedoniya ilə yoldaşlıq oyunlarına dəvət alsa da, zədə səbəbindən heyətdən çıxarılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right