"Asan oyun olmadı. Qapımızdan erkən qol buraxsaq da, təslim olmadıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri Makedoniya milli komandasının üzvü Kire Ristevski deyib.
Macarıstanın "Vaşaş" klubunda forma geyinən futbolçu Antalyada Azərbaycan yığmasına qarşı keçirdikləri yoxlama matçından danışıb. 28 yaşlı futbolçu əllərinə düşən imkanlardan yararlana bilmədiklərini deyib: "Azərbaycanla qarşılaşmada sona qədər döyüşdük. Əfsuslar olsun ki, növbəti qolu vura bilmədik. Türkiyə toplanışı çərçivəsində keçirdiyimiz yoldaşlıq oyunlarına qələbə qazana bilmədiyimiz üçün təəssüflənirik".
Müdafiəçi yığmanın taktikasından, "üçlü" müdafiə sistemindən danışıb: "Hər dəfə 3 müdafiəçi ilə oynayanda, özümü təhlükəsizlikdə hiss edirəm. Bir-Birimizi yaxşı anlayırıq və bu, nəticə qazandırır".
Qeyd edək ki, "Mardan Arena"da baş tutan Azərbaycan - Makedoniya matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb.