Bu gün milli komandalar arasında yoldaşlıq oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, ən maraq doğuran oyunlardan biri Almaniyanın Düsseldorf şəhərində olacaq. Burda son iki dünya çempionatının qalibləri - Almaniya və İspaniya milliləri münasibətlərinə aydınlıq gətirəcəklər.
Digər maraq doğuran görüş isə Mançesterdə olacaq. “Siti of Mançester” stadionunda gözlənilmədən mundialdan kənarda qalan İtaliya və dünya çempionatının favoritlərindən olan Argentina yığmaları üz-üzə gələcəklər.
Dünya çempionatından kənarda qalmış dünya futbolunun digər nəhəng millisi Hollandiya Amsterdamda, İngiltərə ilə matçda qüvvəsini sınayacaq.
Mundiala ev sahibliyi edəcək Rusiya isə doğma meydanda dünya çempionatlarının daimi favoritlərindən Braziliya ilə qarşılaşacaq.
Yoldaşlıq oyunları
23 mart
15:30 Sinqapur - Maldiv adaları
16:20 Mali - Yaponiya
20:00 Azərbaycan - Belarus
20:00 Kipr - Monteneqro
20:00 Finlandiya - Makedoniya
20:00 Rusiya - Braziliya
20:00 Seneqal - Özbəkistan
21:00 Bolqarıstan - Bosniya və Herseqovina
21:00 Qambiya - MAR
21:00 Norveç - Avstraliya
21:30 Türkiyə - İrlandiya
22:00 Yunanıstan - İsveçrə
22:00 Macarıstan - Qazaxıstan
22:00 Tunis - İran
23:00 Ukrayna - Səudiyyə Ərəbistanı
23:30 Serbiya - Mərakeş
23:45 Argentina - İtaliya
23:45 Avstriya - Sloveniya
23:45 Almaniya - İspaniya
23:45 Hollandiya - İngiltərə
23:45 Polşa - Nigeriya
23:45 Portuqaliya - Misir
23:45 Şotlandiya - Kosta-Rika