Türkiyə millisi daha bir itki ilə üzləşib

Türkiyə millisi İrlandiya və Çernoqoriyaya qarşı keçirəcəyi yoxlama oyunları öncəsi itkilərlə üzləşib.

Newsport.az
xəbər verir ki, İspaniyanın “Selta” klubunda forma geyinən Əmrə Mor xəstə olduğundan millinin toplanışına qatıla bilməyəcəyini açıqlayıb. O, bu barədə sosial şəbəkə hesabından məlumat yayıb. Artıq Türkiyə Futbol Federasiyası da bu məlumatı təsdiqləyib. Əmrə Morun əvəzində milliyə “Fənərbaxça”dan Alper Potuk dəvət olunub. 

Qeyd edək ki, Türkiyə millisi martın 23-də doğma meydanda İrlandiya, ayın 27-də isə səfərdə Çernoqoriya ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right