Daha bir tanınmış futbolçu Çinin yolunu tutdu

Çin Super Liqasında mübarizə aparan “Beijing Guoan” klubu İspaniya “Vilyarreal”ında çıxış edən Sedrik Bakambunu transfer edib. 

Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçunun transferi üçün İspaniya klubuna 74 milyon avro ödənilib. Konqolu futbolçunun özü isə Çin klubunda ilinə 18 milyon avro qazanacaq.


Karyerasına Fransanın “Soşo” klubunda başlayan Bakambu, 2014-cü ildə Türkiyənin “Bursaspor” komandasına transfer edilsə də, burada cəmi bir mövsüm çıxış etmiş və “Vilyarreal”a üz tutmuşdu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right